Fətiyev DÇ-də 1/8 finala yüksəldi
- 12:20
- 34
Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib.
Rekord.az xəbər verir ki, milli üzvü 1/16 finalda yunanıstanlı Teodoros Tselidisi məğlub edib.
M.Fətiyev 1/8 finalda estoniyalı Klen Kristofer Kalyulaydla münasibətlərə aydınlıq gətirəcək.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.