AFFA-nın bayrağı altında keçirilən uşaq liqalarında Şimal zonası üzrə növbəti turun oyunlarl keçirilib,

Rekord.az xəbər verir ki, yarışda ŞRFF adı altında oynayan "Sumqayıt" U-9 komandası UGİM-lə üz-üzə gəlib.

"Sumqayıt" hesabda 1:3 geri düşsə də, yekunda matçı 4:4 bitirə bilib. Bununla da Orxan Abdullayevin komandası məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib. Komanda bu günə qədər keçirdiyi altı oyundan beşində qalib gəlib, birini heç-heçə edib.