Avqustun 31-də "Socar Polmyer Arena"da keçiriləcək "Sumqayıt" - "Qarabağ" matçının biletləri tək qiymətə olacaq.

Rekord.az xəbər verir ki, stadionun tutumunu nəzərə alan klub rəhbrliyi satışa 800-850 bilet çıxaracaq.

Çünki təxminən 200 nəfərlik sektora bilet satışı olmayacaq və qonaq azarkeşlərə ayrılacaq. Yerdə qalan hissə isə jurnalistlər və fəxri qonaqlar üçün nəzərdə tutulub.

Satışa çıxarılacaq bütün biletlərin qiyməti isə 5 manat təşkil edəcək.