Yeni mövsümə hazırlıqlarını davam etdirən "Sumqayıt" və "Kəpəz" komandaları bu gün yoxlama oyununda üz-üzə gələcək.


Rekord.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq.


Bu, hər iki komandanın mövsümöncəsi 2-ci sınaq matçı olacaq. "Sumqayıt" ilk yoxlama oyununda "Qəbələ" ilə 1:1 hesablı, "Kəpəz" isə "Şamaxı" ilə qolsuz heç-heçə edib.