“Sonuncu pillədən qurtulmaq prioritet deyil” - Azər Bağırov
- 16:30
- 27
“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 12-ci turunun açılış matçında “Karvan-Yevlax”ın qonağı olub.
Rekord.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan matçdan sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
Bağırov 2:1 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“Yevlaxa böyük futbolun qayıtması çox yaxşı haldır. Bu qələbəni Nilay balamıza həsr edirəm. Keçən tur açılışda topa ilk o toxundu. Hər iki valideynini itirib.
Oyun bizim üçün çətin keçdi. Maraqlı oyun oldu. Çoxlu qol epizodlarımız var idi. Təəssüf ki, reallaşdıra bilmədik. Bu gün istəyərdik ki, Ohori ilə yanaşı, digər futbolçularımız da qol epizodlarına girə bilsin. Məşqlərimizi demək olar ki, həmin o epizodlar üzərində qururuq.
İlk oyun üçün ot örtüyü pis deyil. Sonrakı matçlarda bir az yatacaq. Bizim üçün bura daha rahatdır.
Oyundan-oyuna xallar uğrunda mübarizə aparacağıq. Sonuncu pillədən qurtulmaq prioritet deyil. Əsas odur ki, o inamı qaytaraq”.