Şəkidə “Sheki Open” beynəlxalq şahmat festivalı sona çatıb.


Rekord.az xəbər verir ki, A qrupunda 9 turda hamıdan çox - 8 xal toplayan Azərbaycan şahmatçısı Xaqan Əhməd qalib olub.


7 xal toplayan Ukrayna şahmatçısı Vasili Bernardski turniri ikinci pillədə başa vurub. Azərbaycanın digər şahmatçısı Vüqar Manafov 6,5 xalla üçüncü yerdə qərarlaşıb.


B qrupunda təmsilçimiz Teymur Soltanov 8 xalla turnirin qalibi adını qazanıb. Yusif Kərimli ilə Hüseyn Qurbanov müvafiq olaraq 2-3-cü yerləri tutublar.


“Sheki Open" Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan"ın bir mərhələsidir. İyunun 27-də layihənin növbəti yarışı - “Shamaxhi Open” turniri start götürəcək.