İtaliyanın "Leççe" klubu "Torino"nun və Serbiya yığmasının yarımmüdafiəçisi İvan İliçi icarəyə götürüb.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun icarə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Müqaviləyə əsasən, "Leççe" serbiyalı oyunçunu satın almaq hüququna malikdir. 2023-cü ildən "Torino"da çıxış edən yarımmüdafiəçinin bu klubla müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir.

O, 2025/2026 mövsümündə 8 matçda forma geyinib.

İ.İliç əvvəllər İtaliyanın "Verona", Niderlandın NAK və ölkəsinin "Zemun" komandalarında da çıxış edib. "Transfermarkt" portalı futbolçunun dəyərini 7 milyon avro qiymətləndirir.