“Şəmkir”i də azarkeşləri ziyana saldı
- 17:30
- 45
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 2-ci Liqanın 6-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Şəmkir” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra “Şəmkir” komandasının azarkeşləri meydançaya daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Şəmkir” komandası 500 manat cərimə edilib. “Şəmkir”in azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Şəmkir” komandası 200 manat cərimə edilib. “Şəmkir”in azarkeşləri tərəfindən hakimlər təhqir edildiyinə görə “Şəmkir” komandası 500 manat cərimə edilib.
“Ağdaş” – “Sheki City” oyununda “Sheki City” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sheki City” komandası 70 manat cərimə edilib.
“Araz Saatlı” – “Xankəndi” oyununun 52-ci dəqiqəsində “Araz Saatlı” komandasının 4 nömrəli futbolçusu Rafiq Abdullayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, “Araz Saatlı” komandası 50 manat cərimə edilib.