Şəmkirdə futbol üzrə turnir keçirilib
- 09:00
- 25
Avqustun 25-də Şəmkir Olimpiya İdman Kompleksində yeniyetmələr arasında futbol üzrə Şəmkir rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnirin nəticələrinə əsasən: l yerə - Kür komandası; ll yerə - Şəmkir gəncləri komandası; lll yerə - Şəmkir ll komandası layiq görülüb.
Turnirdə 6 komanda olmaqla ümumilikdə 30 nəfər iştirak edib. Qalib komandalar Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin medal və diplomları ilə təltif olunublar.