"Gəncəbasar"la bu həftə baş tutacaq oyun "Səbail"in baş məşqçisi Elnur Abdullayev üçün sonuncu ola bilər.

Rekord.az xəbər verir ki, Premyer Liqanı hədəfləyən klub 6 turdan sonra 11 xalla 4-cü pillədə qərarlaşıb və lider "Gəncəbasar"dan 4 xal geri qalır.

Əgər bu həftə də məhz bu komandaya məğlub olsalar, aradakı xal fərqi 7-ə yüksələcək. Bu isə Abdullayevin postunu saxladacaq. Baxmayaraq ki, onunla 3 illik müqavilə bağlanıb.