
Şəhriyarla Raufdan ilk oyunda heç-heçə
- 13 Fev 2025 21:30
- 233
Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçirilib.
Rekord.az xəbər verir ki, kişi şahmatçıların finalında Şəhriyar Məmmədyarovla Rauf Məmmədov heç-heçə oynayıb.
Qadınların həlledici görüşündə isə Gövhər Beydullayeva Günay Məmmədzadəyə qalib gəlib.
3-cü yer uğrunda partiyada Ülviyyə Fətəliyeva Gülnar Məmmədovadan güclü olub. Sabah medallar uğrunda görüşlərdə cavab partiyaları oynanılacaq.