“Santos” Neymarın müqaviləsinin müddətini uzatdı
- 07 Yan 2026 21:30
- 52
"Santos" klubu Neymarın müqaviləsinin müddətinin uzadıldığını açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yeni anlaşmaya əsasən, 33 yaşlı futbolçu ilin sonunadək komandada çıxış edəcək.
“Santos"un yetirməsi olan Neymar 2009-cu ildən 2013-cü ilədək əsas komandada çıxış edib. Daha əvvəl İspaniyada "Barselona" və Fransada PSJ-nin formasını geyinən forvard 2025-ci ilin əvvəlində Braziliya klubuna qayıdıb.