Samir Abasov bu ölkədə çalışa bilər
- 07 Yan 2026 13:00
- 254
"Neftçi"dən ayrılan Samir Abasova ölkə xaricindən təklif var.
Rekord.az-a daxil olan məlumata görə, bu ölkələrdən biri də Serbiyadır.
Məhz sözügedən ölkənin yüksək liqa klublarından birinin Abasovun xidmətində maraqlı olduğu deyilir. Abasov isə qərar verməkdə tələsmək istəmir.
Qeyd edək ki, Abasovun adı "Turan Tovuz"la da yanaşı çəkilir.