“Şamaxı”dan Qətər komandasına 3 cavabsız qol
- 20:30
- 21
“Şamaxı” yeni mövsümə hazırlıq çərçivəsində ikinci yoxalama oyununa çıxıb.
Rekord.az xəbər verir ki, bölgə təmsilçisi bu gün Qətərin 2-ci liqa təmsilçisi “Əl-Xaritiyat”la üz-üzə gəlib.
Qəbələdə keçirilən görüşdə “Şamaxı” 3 cavabsız qola sevinib. Qolları Uğur Cahangirov, Emin Rüstəmov və Edqar Adilxanov vurublar.
Xatırladaq ki, “Şamaxı” ilk yoxlama matçında “Kəpəz”lə qolsuz heç-heçə etmişdi.