Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında bu gün növbəti görüşlərini keçirəcək.


Rekord.az xəbər verir ki, yığmamız 3-cü turda ABŞ, 4-cü turda FIDE komandası ilə üz-üzə gələcək.


A qrupunda FIDE kollektivi 4 xalla liderdir. Azərbaycan, Qazaxıstan, İspaniya və ABŞ-nin 2 xalı var. Peru isə xalsızdır.


Qeyd edək ki, Azərbaycan millisi ötən gün Perunu məğlub edib (3:1), Qazaxıstana isə uduzub - 1,5:2.5.


Millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.


Qeyd edək ki, dünya çempionatı noyabrın 23-də başa çatacaq.