İraqla yoldaşlıq matçından (0:0) sonra U-20 millimizin üzvü Şahin İbrahimov Rekord.az-a müsahibə verib:


- Həm oyunu, həm də hazırlığın gedişini dəyərləndirərdin.

- Hazırlığımız yaxşıdır. Əsas hissəni Qəbələdə keçirdik, AFFA sağ olsun, bizim üçün bütün lazımı şəraiti yaradıb. Birlikdə keçirdiyimiz dördüncü təlim-məşq toplanışıdır, yolun başlanğıcındayıq, daha çox işləməli, daha çox inkişaf etməliyik. Oyuna gəlincə, tədricən daha yaxşı oynamalıyıq, çatışmayan cəhətlərimizi düzəltməliyik.

- Hansı çatızmazlığın olduğunu düşünürsən?

- Baş məşqçimiz bizdən ilk növbədə müdafiədə diqqətli oynamağı tələb edir. Amma yenə də boşluqlar verirrik və çalışmalıyıq ki, həmin boşluqlar olmasın. Hücum planında isə çoxala bilmirik, axırıncı zonada adam az olur, qüvvəmiz az olur. Amma hələ vaxtımız var, bunları da düzəldəcəyik.

- Bu gün üç real qol imkanımız olsa da, hər üçünü boşa verdik. Bunu nəyə bağlamaq olar?

- Komandamızda gənc futbolçular var, hansı ki, 2008, 2010-cu il təvəllüdlü. Özlərindən böyüklərə qarşı oynayırlar, indi-indi o səviyyəni görürlər, onlara da zaman lazımdı. Səhvlər təbii ki, olacaq. 

- "Sabah"ın üzvüsən, əsas komandaya da cəlb olunursan, amma oynamaq şansı qazanmırsan. Razılaşarsan ki, daha çox oynamaq lazımdı.

- Əlbttə, mən də istəyirəm ki, daha çox oynayım. Bunun üçün öz üzərimdə daha çox işləyirəm, daha çox artırmaq istəyirəm. Amma bildiyiniz kimi, "Sabah" Çempionlar Liqasında oynayır və orda oynamaq şansı qazanmaq da çox çətindi. Buna baxmayaraq, dayanmadan öz üzərimdə işləyib öz şansımız gözləyəcəm. 

-