Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssisə təyinat göndərib. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli avrokubokda iştirak edəcək.
Z.Gözəlbəyli kişi voleybolçular arasında "Challenge Cup"ın 1/32 final mərhələsinin qarşılaşmasına supervayzer təyin olunub. Noyabrın 18-də Yunanıstanda keçiriləcək oyunda yerli “OFI Crete HERAKLEION” komandası Almaniyanın “Helios Grizzlys GIESEN” klubu ilə üz-üzə gələcək.
Qarşılaşmanı türkiyəli Meryem Tekol Pelenk və serbiyalı Aleksandra Balandzic idarə edəcəklər.