“Şahdağ Qusar” fransalı hücumçu ilə anlaşdı
- 18:00
- 26
“Şahdağ Qusar” yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir.
Rekord.az xəbər verir ki, Qusar təmsilçisi Əlcəzair əsilli fransalı hücumçu İdir Butrifini heyətinə qatıb.
26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
İdir Butrifinin son klubu Lüksemburqun “Kaerjeng” komandası olub. O, 2023-cü ildən bu klubun formasını geyinib və 61 oyunda 28 qol vurub.