UEFA Çempionlar Liqasının əsas mərhələsinin "Sabah" - "Slaviya" (Çexiya) oyunu maraqlı olacaq.

Rekord.az xəbər verir ki, bu barədə Praqa təmsilçisinin baş məşqçisi Yindrjix Trpişovski klubun rəsmi saytına müsahibəsində deyib.

50 yaşlı mütəxəssis turnirdəki rəqibləri haqqında danışıb:

"Ən çox "Aston Villa"nın baş məşqçisi Unai Emeri ilə qarşılaşmağı səbirsizliklə gözləyirəm. "Sabah"ın baş məşqçisinin (Valdas Dambrauskas - red.) hekayəsini bəyənirəm. Maraqlı oyun olacaq. "Arsenal"ın baş məşqçisi Mikel Arteta ilə dördüncü dəfə qarşılaşacağıq. Həm oyunçu, həm də baş məşqçi olaraq möhtəşəm simadır".

Xatırladaq ki, "Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Napoli" (İtaliya) və "Slaviya" (Çexiya) ilə Bakıda üz-üzə gələcək. Ölkə çempionu "Arsenal", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Vilyarreal" (İspaniya) və "Vikinq"lə (Norveç) səfərdə qarşılaşacaq.