“Sabah” tarixində 50-ci məğlubiyyətini alıb.

Rekord.az xəbər verir ki, bu, komandanın 101-ci görüşünə təsadüf edib.

Bakı təmsilçisi Premyer Liqanın 18-ci turunda “Neftçi” ilə səfər görüşündə 1:2 hesabı ilə uduzub. 

İndiyədək Birinci Divizion, Azərbaycan kuboku və Premyer Liqada mübarizə aparan komanda bu müddətdə 29 qələbə qazanıb və 22 heç-heçə edib. 2017/18 mövsümündə Birinci Divizionda debüt edən “Sabah” aşağı dəstədə 9, ölkə kubokunda 6, Premyer Liqada 35 dəfə məğlubiyyət acısı yaşayıb.

“Sabah”ın futbolçusu Aleksey İsayev də Premyer Liqada 50-ci görüşünü keçirib. 2018/19 mövsümündə “Sumqayıt”ın heyətində ilk çempionat görüşünə çıxan futbolçu “Gənclik şəhəri” təmsilçisində 38, “Sabah”da 12 qarşılaşmada iştirak edib. O, yeganə qoluna da paytaxt təmsilçisində imza atıb.