“Sabah”ı keçmək üçün öz oyunumuzu yaxşılaşdırmalıyıq”
- 15:00
- 26
Finlandiyanın KuPS komandasının baş məşqçisi Miika Nuutinen UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”a qarşı keçiricəkləri cavab oyunu barədə fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, Finlandiya çempionatında VPS üzərində 3:1 hesablı qələbə qazandıqları oyundan sonra ÇL-də keçirəcəkləri matçdan da söhbət açıb.
Gənc mütəxəssis Bakıdakı ilk görüşdən sonra cütün taleyinin hələ də açıq qaldığını bildirib:
“Əlbəttə, cavab oyunu öncəsi vəziyyət Bakıdakı matçdan fərqlidir. Orada elə nəticə qazandıq ki, hələ də bu cütdə mübarizənin içindəyik. Ancaq növbəti mərhələyə yüksəlmək üçün öz oyunumuzu yaxşılaşdırmalıyıq. Bununla özümüzə mümkün olan ən yaxşı şansı yaratmalıyıq”, – deyə Nuutinen bildirib.
Qeyd edək ki, “Sabah” Bakıda keçirilən ilk oyunda 1:0 hesabı ilə qalib gəlib. Cavab görüşü iyulun 28-də Kuopioda keçiriləcək.