"Sabah" heyətinə yeni futbolçu qatıb.


Rekord.az xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb.


Qapıçı Amin Ramazanov bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq. 23 yaşlı qolkiperlə 2 illik müqavilə bağlanıb.


Rusiyanın "Lokomotiv" (Moskva) klubunun yetirməsi olan oyunçu karyerası ərzində "Qarabağ" və "Zaqatala"da çıxış edib.