"Sabah" müqavilə ilə Rusiya təmsilçisi "Rubin"ə məxsus olan özbəkistanlı futbolçu Umarali Rahmonaliyevin transfer hüququnu əldə etməyə çalışır.


Rekord.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.


22 yaşlı yarımmüdafiəçi ötən ilin əvvəlindən icarə əsasında Bakı klubunda çıxış edirdi. Amma onun icarə müqaviləsinin müddəti bir neçə gün öncə başa çatıb.


Rahmonaliyev 2025-ci ildə "Sabah"da 36 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun Kazan klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.