“Sabah” Maludaya görə “Lill”ə nə qədər ödəyib?
- 09 Yan 2026 16:40
- 61
“Sabah”ın Aaron Maludanın transferinə görə Fransanın “Lill” klubuna nə qədər məbləğ ödədiyi müəyyənləşib.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi bunun üçün 150 min avrosundan keçib.
Bundan əlavə, onun bu mövsümkü maaşı da müqavilə əsasında “Lill” tərəfindən ödənilib.
Xatırladaq ki, “Sabah” Maludanı bu mövsümün əvvəlində “Lill”dən icarə müqaviləsi əsasında heyətinə qatmışdı. Bu gün isə Bakı klubu fransalı futbolçunun transfer hüquqlarının da alındığını bəyan edib. Tərəflər 4 illik müqaviləyə imza atıblar.
Fransalı futbolçu ötən ilin sentyabr ayından “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində 12 oyun keçirib, 2 qola imza atıb.