“Sabah” Maludanın da transfer hüququna yiyələndi
- 09 Yan 2026 15:45
- 54
"Sabah" vinger Aaron Maludanın transfer hüququna yiyələnib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun icarəsi ilə bağlı Fransanın “Lill” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.
Maluda ilə yeni, 4 illik müqavilə bağlanıb.
Fransalı futbolçu ötən ilin sentyabr ayından "Sabah"ın uğurları üçün çalışır. O, komandanın heyətində 12 oyun keçirib, 2 qola imza atıb.
Xatırladaq ki, “Sabah” bir neçə gün öncə Rusiyanın “Rubin” klubundan Umarali Rahmonaliyevin də transfer hüquqlarını almışdı.