Rüfətdən qol, komandasından ilk qələbə
- 00:46
- 28
İsrail Premyer Liqasında 2-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Abdullazadənin formasını geyindiyi “Kiryat Şmona” öz meydanında “İroni Tiberias”ı qəbul edib.
Görüş ev sahiblərinin 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Qarşılaşmaya ilk “11-lik”də başlayan Rüfət matçın 72-ci dəqiqəsində adını tabloya yazdıraraq komandasının ikinci qoluna imza atıb. O, 78-ci dəqiqədə əvəzlənərək meydandan çıxıb.
Bu qələbədən sonra xallarının sayını 3-ə çatdıran “Kiryat Şmona” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.