Futbol üzrə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) çempionatında 13-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın yenicə transfer olunduğu “Baniyas” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə Dubay “Əl-Nəsr”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Almeyda da bu oyunda iştirak edib. O, debüt etdiyi qarşılaşmaya start heyətdə çıxıb, lakin 79-cu dəqiqədə zədə səbəbindən meydanı erkən tərk etməli olub.

“Baniyas” 13 oyuna topladığı 14 xalla 14 kollektiv arasında 9-cu sırada qərarlaşıb.