Rəhim Həsənov Elçin Məsiyevin penalti qərarının yanlış olduğunu təsdiqlədi
- 14:00
- 30
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 5-ci turunda baş tutan "Araz-Naxçıvan" - "Turan Tovuz" matçında baş hakim Elçin Məsiyevin penalti qərarının yanlış olduğunu təsdiqləyib.
Rekord.az xəbər verir ki, o, bu barədə qurumun mətbuat xidmətinə açıqlamasında bildirib.
R.Həsənov FIFA referisini matçın 80-ci dəqiqəsində "Araz-Naxçıvan"ın hücumçusunun cərimə meydançasında qapıçı ilə toqquşaraq yıxılmasının penalti kimi dəyərləndirilməsinin səhv qərar olduğunu vurğulayıb.
"Kəpəz" - "Qəbələ" matçında isə bir epizodla bağlı hakim qərarı qaydalara uyğun olub.