“Rəhbərlik hansı qərarı versə, hazıram” - Azər Həşimov
- 17:00
- 31
“Karvan-Yevlax” bu gün Azərbaycan Premyer Liqasının 12-ci turunun açılış matçında “Kəpəz”i qəbul edib.
Rekord.az xəbər verir ki, 1:2 hesabı ilə məğlub olan Yevlax təmsilçisinin baş məşqçisi Azər Həşimovun oyundan sonra mətbuat konfransı keçirilib.
Həşimov hələ heç nəyin bitmədiyini bildirib:
“Azarkeşlərimizin qarşısında qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Qarşıda 21 tur var. Heç nə bitməyib. Güman edirəm ki, “Karvan-Yevlax” Premyer Liqada qalacaq. Azarkeşlər istefa şüarları səsləndirə bilər, amma bu, rəhbərliyin qərarıdır. Hansı qərarı versələr, hazıram.
“Araz-Naxçıvan”la matçda Vüsal Məsimovun zədəsi var idi. Ona görə də, bu oyundan öncə məşqçilərə bildirmişdi ki, ola bilər ki, əvəzləmə istəyəm. Amma sonradan oynamaq istədi.
Penaltidən qol buraxıb məğlub olduq. Oyunçular cərimə meydançasında ehtiyatsız davrandılar. Və sonda məğlub olduq. Futbolda belə hallar olur. Premyer Liqada debütümdür. “Qəbələ”dən də, “Kəpəz”dən də problemlərimiz çox idi. Yenə deyirəm, hələ heç nə bitməyib, qarşıda 21 tur var. Pərdə arxasında olan problemlərimiz çoxdur. \Rəhbərlik hansı qərarı versə, heç bir haqsızlıq hesab etmərəm. Həyat davam edir. “Kəpəz”i təbrik edirəm”.