Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrov dünya çempionatının seçmə oyunları üçün komandaya U-21 millisindən futbolçular cəlb edəcək.


Rekord.az xəbər verir ki, mütəxəssis bu barədə yerli mətbuata açıqlama verib.


O, gənclərin əsas heyətdə özlərini sübut etməli olduğunu söyləyib:


“Sizi əmin edirəm ki, əsas millidə U-21-dən oyunçular olacaq. İnanıram ki, onlar komandada debüt etməyə hazırdılar“.


Qeyd edək ki, Ukrayna yığması DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan, Fransa və İslandiya ilə üz-üzə gələcək.