
“Real”ın sabiq qapıçısı İran klubunda
- 09 Avq 2025 10:30
- 96
“Real”ın sabiq qapıçısı Antonio Adan karyerasını İran çempionatında davam etdirəcək.
Rekord.az xəbər verir ki, ispaniyalı qolkiper azad agent kimi “İstiqlal” klubuna keçib.
Adanla bir mövsümlük qısamüddətli müqavilə imzalanıb. Onun Avropadakı son klubu Portuqaliyanın “Sportinq” komandası olub.
38 yaşlı qapıçı 2009–2013-cü illər aralığında “Real”ın heyətində çıxış edib. Bundan əlavə, o, “Betis”, “Kalyari” və “Atletiko” kimi komandaların da formasını geyinib.