"Real" sabah UEFA Superkubokunda "Ayntraxt"la keçirəcəyi matç üçün Finlandiyaya yollanıb. 

Rekord.az klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi görüşün oynanılacağı Helsinki şəhərinə 25 futbolçu ilə gedib. Həmin oyunçular aşağıdakılardır: 

Qapıçılar: Tibo Kurtua, Andrey Lunin, Luis Lopez

Müdafiəçilər: Dani Karvahal, Eder Militao, David Alaba, Xesus Vallexio, Naço, Alvaro Odriozola, Antonio Rüdiger, Ferland Mendi

Yarımmüdafiəçilər: Toni Kroos, Luka Modriç, Kasemiro, Federiko Valverde, Lukas Vasqes, Aurelien Tçouameni, Daniel Seballos, Eduardo Kamavinqa

Hücumçular: Eden Hazard, Kərim Benzema, Marko Asensio, Vinisius Junior, Rodriqo, Mariano Dias

Qeyd edək ki, sabah Helsinki Olimpiya Stadionunda keçiriləcək "Real" - "Ayntraxt" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.