Futbol üzrə İspaniya superkubokunun finalında bu gün "El Klasiko" olacaq.


Rekord.az xəbər verir ki, həlledici oyunda "Real" və "Barselona" komandaları üz-üzə gələcəklər.


Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


"Barselona" yarımfinalda "Atletik" (Bilbao) klubunu (5:0), "Real" isə "Atketiko"nu (2:1) mübarizədən kənarlaşdırıb.