2-ci Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Qaradağ Lökbatan"ın futbolçusu Emil Quluzadə mükafatlandırılıb.


Bu barədə Rekord.az-a Peşəkar Futbol Liqasından (PFL) bildirilib.


Mart ayının ən yaxşı qolunun müəllifinə mükafat 22-ci turun "Quba" ilə qarşılaşmasından əvvəl təqdim olunub.


Mükafatı Emil Quluzadəyə PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli verib.