Qoretska İngiltərəyə üz tutdu
- 17:20
- 30
“Bayern”dən ayrılan Leon Qoretskanın yeni klubu məlum olub.
Rekord.az xəbər verir ki, Almaniya millisinin üzvü “Aston Villa”ya keçib.
Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi ilə anlaşmanın detalları açıqlanmayıb.
Qoretska azad agent kimi “Aston Villa”ya qoşulub.
Qeyd edək ki, Qoretska ötən mövsüm “Bayern”də 48 oyunda 5 qol vurub və 5 məhsuldar ötürmə edib.