“Qol buraxsaydıq, daha böyük qüvvə ilə irəli gedəcəkdik”
- 21:27
- 31
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 12-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:0 hesablı qələbəyə sevindikləri matçla bağlı bunları söyləyib:
"Dinamik və sürətli oyun getdi. Rəqibimizin geridə qalan 12 turda göstərdiyi oyun təqdiralayiqdir. Səhv etmirəmsə, "Qəbələ" çempionatımızda ən çox qol epizoduna girən komandalardan biridir. Topla oynamağı sevirlər. Biz bu gün öz futbolumuzu oynamağa çalışdıq. Birinci hissədə oyunumuz daha yaxşı alınırdı, qol da vurduq. Rəqibə qol imkanı vermədik. Bilirik ki, oturuşmuş kombinassiyaları var. Onun qarşısını dəf edirdik. Amma 70-ci dəqiqədən sonra bu tip əzmkar və oturuşmuş oyunu olan komandaya qarşı ikinci qolu vurmursansa, sonluq ağır keçəcək. Bu gün də elə oldu. Sonlarda çoxsaylı cərimə zərbələri verdik. Ən çox təhlükəli epizodlar standart vəziyyətdən sonra olurdu. Oyun planında rəqibin qarşısını alırdıq. Futbolçularımı təbrik edirəm. Bu oyun bir daha onu göstərdi ki, çempionatımız hansı səviyyədədir və bu mövsüm bizi necə oyunlar gözləyir. Rəqiblər inamlı mübarizə aparır. Heç kim asanlıqla təslim olmur. Bütün matçlar əzmkar oyun şəraitində keçir. Hesabın necə olacağını son dəqiqələrə qədər proqnoz vermək olmur. Bu rəqabətə tab gətirməyə çalışacağıq. "Kəpəz"lə oyunumuz olacaq. O matça köklənəcəyik".
VAR olanda baş hakim də daha rahat qərar qəbul edir. Bilir ki, onu sığortalayan var. Bəlkə də VAR olmasaydı, özü qərar qəbul edərdi. Hər iki penalti çətin epizodlar idi. Onu görmək şansı yox idi. Xırda foullar çox oldu. Elvin bəy gənc hakimimizdir, Premyer Liqada yeni-yeni təcrübə toplayır. Biz də oyunboyu çalışdıq ki, dəstək olaq, çox təzyiq göstərməyək. Oyunun nəticəsinə təsir edən səhvə yol vermədi.
Qol buraxsaydıq, ikinci hissədə fərqli oyun gedəcəkdi meydançada. Qol oyunu və gedişatı dəyişir. Biz qol vurduq, 2-ci hissədə nəticəyə görə narahat idik. Biz qol buraxsaydıq, daha böyük qüvvə ilə irəli gedəcəkdik. 30-cu dəqiqədə qaçan penaltiyə heç vaxt oyunun qırılma nöqtəsi deyə bilmirəm. Son dəqiqələrdə olsaydı, təbii ki, qırılma nöqtəsi olardı. "Qəbələ" həqiqətən də, Kaxaber Sxadadzenin yaratdığı komandanı, oynatdığı futbolu heyranlıqla izləyirəm”.