“Qələbə qazansaq da, çox səhvə yol verdik”
- 10 Yan 2026 23:15
- 37
“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze bu gün “Kəpəz”lə baş tutan yoldaşlıq oyunu barədə fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 3:1 hesablı qələbəni belə şərh edib:
“Təlim-məşq toplanışına böyük yükləmələrlə başlamışıq. Bu gün ilk yoxlama oyunumuzu keçirdik. Qələbə qazansaq da, çox səhvə yol verdik. Aydın məsələdir ki, ilk oyun idi. Hesab edirəm ki, daha yaxşı oyun nümayiş etdirməliyik. Hamının vaxtı azdır. Çempionatın başlamasına 2 həftə qalır. Həm fiziki, həm də oyun kondinsiyalarımızı tez bərpa etməliyik. Daha iki yoxlama oyunumuz olacaq. Yanvarın 14-də “Araz-Naxçıvan” və 18-də “Baku Sportinq”lə qarşılaşacağıq. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.