Xəbər verdiyimiz kimi, "Qəbələ" Seydina Keyta ilə yeni müqavilə imzalamıdşı.

Lakin Rekord.az xəbər verir ki, müqavilənin imzalanmasından bir müddət sonra futbolçu gözdən itmişdi.

Daha sonra isə onun Litvanın "Panevejis" klubu ilə razılığa gəldiyi məlum oldu. Sən demə futbolçu "Qəbələ"ni aldadıb. Belə ki, o, "Qəbələ" ilə 1 illik müqaviləyə razılıq verdikdən sonra Litva klubu ilə əlaqə saxlayaraq, "Azərbaycanda bu qədər maaşa razılaşdım, siz bir qədər artıq verin, gəlim Litva"ya deyib. "Panevejis" klubu da futbolçunun istədiyi məbləği verməyə razılaşıb. Keyta da bundan sonra Litvaya uçub və ordan "Qəbələ"yə Azərbaycana qayıtmayacağını çatdırıb.