"Qəbələ" futbolçusu Prins Ovusu ilə müqavilənin müddətini uzadıb.


Rekord.az bölgə təmsilçisinə istinadən xəbər verir ki, tərəflar arasında 2028-ci ilin iyununa qədər anlaşma imzalanıb.


20 yaşlı vinger "Qəbələ"nin heyətində keçirdiyi 29 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.


Qananın Nayan Akademiyasından transfer olunan futbolçu ötən mövsüm "Qəbələ"nin U-19 komandasında çıxış edib.