
Qazaxda cüdo üzrə rayon turniri
- 02 İyl 2025 09:30
- 42
Qazax Olimpiya İdman Kompleksində 2012-2014-cü il təvəllüdlü kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə açıq rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, yarışda Qazax və Tovuz rayonlarından ümumilikdə 43 idmançı iştirak edib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçirilən turnirin qalibləri Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.