“Qarabağ”ın toplanışında 15 yaşlı futbolçu
- 11 Yan 2026 20:32
- 64
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın Antalya toplanışına 15 yaşlı Əli Bəşirovu da aparıb.
Rekord.az xəbər verir ki, gənc yarımmüdafiəçi "Qarabağ"ın U-19 və Azərbaycanın U-16 millisinin üzvüdür.
“Qarabağ” toplanış çərçivəsində yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da), yanvarın 16-da isə Polşanın “Zaqlebie Lubin” klubu ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama görüşləri keçirəcək. Antalya toplanışı yanvarın 17-nə qədər davam edəcək.