"Qarabağ"ın sabiq futbolçusu "Xankəndi" ilə anlaşdı
- 19:20
- 27
"Xankəndi" klubu heyətinə daha bir futbolçu qatıb.
Rekord.az xəbər verir ki, bu barədə 1-ci Liqa təmsilçisi məlumat yayıb.
Müdafiəçi Nihad Tamazov ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Azərbaycanın U-21 millisinin sabiq üzvü daha əvvəl "Qarabağ" klubunun da formasını geyinib.