“Qarabağ”ın rəqibləri müəyyənləşdi
- 03 Yan 2026 23:00
- 64
“Qarabağ”ın qış təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama görüşlərində qarşılaşacağı rəqibləri müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Komandanın hazırlıq prosesinin ikinci mərhələsi yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək. Klub bu müddət ərzində təlim-məşq toplanışını davam etdirəcək.
Toplanış çərçivəsində “Qarabağ” yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da), yanvarın 16-da isə Polşanın “Zaqlebie Lubin” klubu ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama görüşləri keçirəcək.
“Qarabağ” yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq. Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq.