"Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən “Ayntraxt” futbolçusu Elye Vahini icarəyə verib.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


22 yaşlı hücumçu "Nitsa"ya keçib. Tərəflər 6 aylıq müqavilə imzalayıblar. Bundesliqa təmsilçisi keçidə görə 1,5 milyon avro qazanacaq. 


Elye cari mövsüm "Ayntraxt"ın heyətində 14 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.


Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də Bakıda keçiriləcək.