“Qarabağ”ın “İmişli” ilə oyununun biletləri satışa çıxarılır
- 20:40
- 44
“Qarabağ”ın Premyer Liqada "İmişli" ilə keçirəcəyi oyunun biletləri sabah satışa çıxacaq.
Rekord.az Ağdam klubuna istinadən xəbər veirir ki, 10-cu turun oyunu üçün biletlər sabah saat 12:00-dan etibarən satışda olacaq
Satış məntəqələri:
iTicket.az-da onlayn satış;
Oyun günü isə iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassası;
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Sözügedən qarşılaşma oktyabrın 31-də keçiriləcək.