
“Qarabağ”ın hazırlıq planı müəyyənləşdi
- 07 İyn 2025 19:54
- 46
“Qarabağ”ın mövsümlərarası fasilə dövründəki hazırlıq planı müəyyənləşib.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakıda başlayacaq məşqlərə iyunun 18-də start veriləcək.
Paytaxtdakı toplanış iyulun 2-dək davam edəcək.
Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Komanda iyulun 2-dən 16-dək bu ölkədə təlim-məşq toplanışı keçirəcək. “Qarabağ” Zell-Am-Seenin Kaprun bölgəsində yerləşən “Tauern” otelində məskunlaşacaq. Hazırlıq çərçivəsində üç oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Rəqiblər barədə daha sonra ictimaiyyətə məlumat veriləcək.