“Qarabağ”ın əvəzediciləri uduzdu, “Sabah-2” qalib gəldi
- 19:33
- 43
Əvəzedicilər Liqasında 8-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.
“Qəbələ-2” və “Zirə-2” evdə, “Turan Tovuz-2” və “Sabah-2” isə səfərdə qələbə qazanıblar.
Xatırladaq ki, turun daha öncə keçirilmiş “Kəpəz-2” – “Neftçi-2” oyunu da qonaqların 3:1 hesablı qələbəsiylə yekunlaşmışdı.
Əvəzedicilər Liqası
8-ci tur
27 oktyabr
“Qəbələ-2” – “Qarabağ-2” 3:0
Qollar: Ceyhun Bağırzadə, 28. Nasiru Salihu, 45. Cuma Hüseynov, 90+1.
“Şamaxı-2” – “Turan Tovuz-2” 1:3
Qollar: Nihat Mehralıyev, 82 - Cəmil Məmmədov, 29. Elçin Qasımov, 48. Fərid Cəfərov, 77.
“Zirə-2” – “Araz-Naxçıvan-2” 3:0
Qollar: Ramiz Muradov, 71; 81. Elşən Abdullayev, 86.
“Sumqayıt-2” – “Sabah-2” 1:2
Qollar: Murad Rüstəmov, 90+3 - Həmzəalı Mikayılov, 24-pen. Amir Qəribov, 90+3.