“Qarabağ”ın ÇL oyununa 22 500 bilet satılıb
- 29 Okt 2025 22:00
- 34
Bakıda "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunun oyununa indiyədək 22 500 bilet satılıb.
Bu barədə Rekord.az-a Ağdam klubundan məlumat verilib.
"Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.