“Qarabağ” klubunun bazasında qan yaddaşımızın səhifələrindən biri Xocalı faciəsinin il dönümünə dair tədbir keçirilib.

Rekord.az klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, klubun vitse-prezidenti Tahir Gözəl Xocalı faciəsinin il dönümüylə bağlı bu gün komandayla görüşüb.

Görüş Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Daha sonra vitse-prezident həm Azərbaycan, həm də ingilis dillərində 28 il bundan əvvəl baş verən Xocalı faciəsi haqda ətraflı danışıb və futbolçulara geniş məlumat verib.