“Qarabağ” ÇSKA-ya ilk oyunda qol vura bilmədi
- 21:56
- 17
“Qarabağ” bu gün Avropa Liqasında növbəti matçına çıxıb.
Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu turnirin 2-ci təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə qarşılaşıb.
Bu komandalar arasında ilk görüş Bakıda baş tutub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunu italiyalı Daniele Çiffi idarə edib. Görüş qolsuz yekunlaşıb.
Cavab görüşü iyulun 30-da Sofiyada keçiriləcək.
Cütün qalibi növbəti raundda “Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcəksə, məğlub olan Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Dinamo” (Kiyev, Ukrayna) – PAOK (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
23 iyul
Qarabağ – ÇSKA (Sofiya) 0:0
Baş hakim: Daniele Çiffi (İtaliya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Qarabağ: 99. Mateus Koxalski, 2. Mateus Silva, 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Zəkəriyyə Savo, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 55. Bədavi Hüseynov (k.)
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 7. Jali Muaddib, 9. Xoni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 25. Cebrail Makreçkis, 29. Renaldo Sefas, 32. Hikmət Cəbrayılzadə, 44. Elvin Cəfərquliyev, 49. Əli Bəşirov.
Baş məşqçi: Qurban Qurbanov.
ÇSKA: Fedor Lapuxov, 2. Pastor, 5. Jan-Filipp Qbamin, 6. Bruno Cordan (k), 7. Maks Ebonq, 8. Stefano Sensi, 9. Leandro Qodoy, 14. Teodor İvanov, 17. Anxelo Martino, 28. İoannis Pittas, 32. Fakundo Rodriqes.
Ehtiyat oyunçular: 25. Dimitar Yevtimov, 3. Tamimu Ouru, 10. Joel Zvarts, 11. Məhəmməd Brahimi, 19. Andrey Yordanov, 30. Petko Panayotov, 34. Vasil Kaymakanov, 38. Leo Pereyra, 77. Alexandro Pyedrahita, 80. Georgi Çorbadjiyski, 91. Aleks Tunçev, 94. İsaak Solet.
Baş məşqçi: Xristo Yanev.